Sumqayıtda hava

Elan

BMU-da “Gənc tədqiqatçıların 4-cü beynəlxalq elmi konfransı” keçiriləcək

BMU-da “Gənc tədqiqatçıların 4-cü beynəlxalq elmi konfransı” keçiriləcək

29-30 aprel 2020-ci il tarixlərində Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçiriləcək. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, konfransın keçirilməsində məqsəd dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmaqdır.

BMU-da hər il ənənəvi olaraq təşkil olunan konfransın elmi istiqamətləri mühəndislik, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, tarix və sosiologiyadır.

Konfransa təqdim olunacaq tədqiqatlar elektron formada göndərilməlidir. Məqalə göndərmək üçün son müraciət tarixi isə 7 aprel 2020-ci ildir. Yazı qaydaları və konfransla bağlı daha ətraflı məlumatı http://yric.az/ saytından əldə etmək mümkündür.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR