Sumqayıtda hava

Manşet, Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi Qubadlı rayon Təhsil Şöbəsi ilə birgə maarifləndirmə tədbiri keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi Qubadlı rayon Təhsil Şöbəsi ilə birgə maarifləndirmə tədbiri keçirib

Fevralın 13-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin, Qubadlı rayon Təhsil Şöbəsinin təşkilatçılığı və yerli qurumların iştirakı ilə Qubadlı rayon C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin və Təhsil Nazirliyinin əməkdaşları, FHN Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qubadlı rayon İcra Hakimiyyətinin, Qubadlı rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə ilk öncə təhlükəsizlik qaydalarını əks etdirən sərgiyə baxılıb, daha sonra bununla bağlı videoçarxlar nümayiş olunub.

Bunula yanaşı, "Fövqaladə hallarla bağlı davranış qaydaları” mövzularında çıxışlaredilib, yanğıntəhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin ərazinindaim təmizvəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğunilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğınzamanı insanların binadan köçürülməsiplanlarınınhazırlanmasının zəruriliyivurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindənistifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda məktəb şagirdləri və FHN əməkdaşları ilə birgə yanğın zamanı görüləcək tədbirlər əyani nümayiş olunub.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR