Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov Ankarada rəsmi səfərdə olub

Zakir Fərəcov Ankarada rəsmi səfərdə olub

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdə olub.

Səfər çərçicəsində Zakir Fərəcov Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhər əlaqəsinə malik olan Ankaranın Keçiören bələdiyyəsinin sədri Turqut Altınokla görüşüb. Görüşdə vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı bütün sahələrində özünü təsdiq edib. İki ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında uğurla davam etdirilir. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Z.Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, Anıtqəbr muzeyi ilə tanış olublar.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR