Sumqayıtda hava

Manşet, Hadisə

Sumqayıtın Şəhidlər Xiyabanında utancverici hadisə

Sumqayıtın Şəhidlər Xiyabanında utancverici hadisə

Sumqayıt şəhər sakini A.Cəfərov "Yenisumqayit.az” saytının facebook səhifəsinə müraciət edərək Sumqayıt şəhər Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən qarşılaşdığı xoşagəlməz mənzərənin ictimailəşdirilməsi barədə müraciət edib. O müraciətində bildirir:

- "Bu gün axşam şəhidlərimizin ruhlarına dua oxumaq üçün dostumla birlikdə Şəhidlər Xiyabanına girərkən çox biabırçı mənzərə ilə rastlaşdıq. İlk öncə Xiyabanın içində 2 oğlan bir-birlərinin damarlarına iynə vurduqlarını gördük. Onlara yaxınlaşdıqda bizi polis bilib qaçdılar. Bir qədər də irəlilədikdən sonra bir qızla oğlanın qucaqlaşıb öpüşdüyünün şahidi olduq. Dayana bilmədik, onlara hiddətimizi bildirib ərazidən qovduq. Hər kəsin bilməsi üçün bu halı ictimailəşdirmək lazımdır. Bura Bizim Sumqayıtdır və təəssüf ki, əxlaqsızlar rahat hərəkət etmək üçün səhv yer seçiblər."
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR