Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda qəlyandan istifadə qadağan edildi

Azərbaycanda qəlyandan istifadə qadağan edildi

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında bildirilir. Koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

Müvafiq dövlət orqanları qadağanın icrasına ciddi nəzarət edəcəklər.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR