Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrı teatrsevərlərin virtual görüşünə gəlir - AFİŞA

Sumqayıt Dövlət Dram Teatrı teatrsevərlərin virtual görüşünə gəlir - AFİŞA

Dünyanı bürüyən koronavirus təhlükəsi ilə mübarizədə Azərbaycan da bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında təşkil olunmuş operativ Qərərgahın tapşırıq və tövsiyyələrinə, "Evdə qal, sağlam ol” prinsiplərinə əməl olunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mövcud karantin vəziyyətdə insanların asudə vaxtlarının təşkili üçün kreativ layihələr gerçəkləşdirir. Sumqayıt Dövlət Dram Teatrı da bu layihə çərçivəsində "Evdə qal, tamaşa izlə” devizi altında sosial şəbəkə üzərindən aprel ayı ərzində 12-i axşam, 8-i uşaq tamaşası olmaqla 17 fərqli səhnə əsərini izləyicilərə təqdim edəcəkdir. Həftənin cümə, şənbə və bazar günləri saat 12:00-da uşaqlar, saat 18:00-da böyüklər üçün canlı yayımla tamaşalar göstəriləcəkdir. 4; 5; 25 aprel Abdulla Şaiq "Qaraca qız”, 11; 26 aprel Ərəb xalq nağılı əsasında səhnələşdirilən "Əlibaba və qırx quldur”, 12; 18; 19 aprel müvafiq olaraq Azərbaycan xalq nağılı "Məlikməmməd”, Vilhelm Qauf "Balacaboy yekəburun”, Mark Tven "Şahzadə və dilənçi” uşaq tamaşaları və 3; 4; 5; 10; 11; 12; 17; 18; 19; 24; 25; 26 apreldə ardıcıl olaraq Turqut Özakman "Ocaq”, Con Patrik "Qarını Öldürməliyik”, M.F.Axundzadə "Hacı Qara”, "Müsyö Jordan və dərviş Məstəli şah”, M.B.Marinye "Oğru”, Kamran Nəzirli "Narkoman”, Elçin "Qatil”, Əli Əmirli "20 ildən sonra”, N.Muradoğlu "Zülmətdə nur”, Ə.Əmirli "Sevgilim Sumqayıt”, Con Qolsuorsi "Birincilər və sonuncular” və C.Cabbarlı "Solğun çiçəklər” axşam tamaşaları nümayiş etdiriləcəkdir.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR