Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü

Sumqayıt Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü

Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının onlayn iclası keçirilib.

Universitetin rektoru, professor Elxan Hüseynov iclasda qeyd edib ki, Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdədir və təəssüf ki, sürətlə yayılmaqdadır. Azərbaycan ərazisində virusun geniş yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz operativ və qabaqlayıcı tədbirlər görür və bu işlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur. Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən təşkilatlar könüllü olaraq Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edirlər. Bu tarixi hadisə Azərbaycan xalqının birliyini, bir yumruqda birləşdiyini bir daha sübut etdi.

 

Rektor Elxan Hüseynov Şura üzvlərinə müraciətində hamıya bu məsələdə həmrəy olmağı, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyi tapşırdı.

İclasda verilmiş qərara əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat pul vəsaiti köçürülüb.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR