Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdülər

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdülər

Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat fonda ayrılıb və ölkə Prezidenti bir illik əməkhaqqını Fonda ianə edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da təşəbbüsə qoşularaq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Koronavirusla mübarizə istiqamətində həyata keçiriləcək tədbirlərə maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutan fonda eyni zamanda, müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ödəmələrin həyata keçirilməsi davam edir.
Koronavirus infeksiyası ilə mübarizədə dövlətimiz və xalqımızla həmrəy olaraq Sumqayıt şəhər İcra Hakimiyyətində və onun tabeçiliyində olan qurumlarda çalışan işçilər könüllü olaraq bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da 6 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişdi.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR