Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər hər gün aparılır

Sumqayıtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər hər gün aparılır

Sumqayıtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Şəhər ərazisində Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir. Şəhərin mərkəzi hissəsindən başlayaraq texnikalar vasitəsilə yollar yuyulub.

Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq olaraq axşam saatlarında 22:00-dan başlayaraq aparılır.

Bundan əlavə, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

Eyni zamanda əhalinin daha çox istifadə etdiyi ictimai nəqliyyatda da dezinfeksiya işləri aparılıb. Avtobusların daxili və xarici hissələri dezinfeksiya edilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR