Sumqayıtda hava

Manşet / Elan

Millət vəkili Sumqayıtdan 20 köməkçi axtarır - ELAN

Millət vəkili Sumqayıtdan 20 köməkçi axtarır - ELAN

SUMQAYITDA 20 İCTİMAİ KÖMƏKÇİ

Əziz Sumqayıt şəhər sakinləri! (1, 2, 3, 4, 5, 6-cı mikrorayon, 14, 15, 16, 17, 29, 30, 34, 36, 41, 45, 76-cı məhəllə, Qızılqum və Stansiya Sumqayıt qəsəbəsi)

Seçkiqabağı təşviqat kampaniyasında elan etdiyim kimi hər bir mikrorayondan, məhəllədən, qəsəbədən 1 nəfər olmaqla 20 İCTİMAİ KÖNÜLLÜ KÖMƏKÇİ cəlb etmək üçün müsabiqə elan edirik. Əsas məqsədimiz seçicilərimizlə daha çevik əlaqələrin qurulması və könüllülük ilinə töhvə verməkdir.

Xahiş edirik könüllü olmaq, insanlara xidmət etmək, bizimlə bir yerdə işləmək istəyində və iqtidarında olmaq istəyənlər öz CV-lərini salam@tahirmirkishili.az e-mail ünvanına göndərsinlər.

Əlaqə vasitəsi: 051 520 22 11

İctimai köməkçilərə əsas tələblər:
- Könüllü olmaq
- Göstərilən ərazidə yaşamaq
- Təşəbbüskar olmaq
- 20-45 yaş həddində olmaq
- Dövlət marağını hər şeydən üstün tutmaq
- iş statusunun fərqi yoxdur.

İctimai köməkçilərin əsas vəzifələri:
- Deputatın vəzifə və öhdəliklərini bilmək
- Etik davranış qaydalarına əməl etmək
- yaşadığı ərazinin insanları üçün əlçatan olmaq
- İnsanların istək,arzu və problemlərini qəbul edərək deputata çatdırmaq

İctimai köməkçilər üçün iş vaxtı normativləri yoxdur, bu könüllük formasında həyata keçirilir və əlavə fəaliyyətdir. Cəlb olunma müddəti 1 ildir. Seçim etmək hüququnu özümüzdə saxlayırıq.

Əminəm ki, biz səylərimizi birləşdirməklə daha çox iş görərək ölkəmizə daha çox xidmət edə bilərik!
Yenisumqayit.az





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR