Sumqayıtda hava

Cəmiyyət

Deputat Sumqayıt sakinlərinə yardım və tibbi ləvazimatlar göndərib

Deputat Sumqayıt sakinlərinə yardım və tibbi ləvazimatlar göndərib

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydaları çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilib.

Yaşlı insanların həssas qruplara daxil olmasını nəzərə alaraq, onların yayılmış virusdan qorunması, ehtiyaclarının ödənilməsi, müvafiq dəstəyin göstərilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Sumqayıt şəhəri 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı Hicran Hüseynova tərəfindən dairə ərazisində yaşayan əsasən yaşı 65-dən yuxarı, şəhid ailələri, müharibə qaziləri, aztəminatlıl ailələrə yardımlar edilib, onlara tibbi ləvazimatlar paylanılıb.

Sakinlərə gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.

Yenisumqayit.az





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR