Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtın aprel şəhidləri - SİYAHI

Sumqayıtın aprel şəhidləri - SİYAHI

Bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür.

 

Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından 4 il ötür.

Xeberle.com xəbər verir ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, "Azərbaycan Bayrağı” və "Vətənə xidmətə görə” ordenlərinə, "Vətən uğrunda”, "İgidliyə görə” və "Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Vətən uğrunda şəhid olanlar arasında Sumqayıtda yaşayan torpaq uğrunda canlarını fəda edənlər də oldu.

Raquf İbrahim oğlu Orucov

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub. Anası Raya xanım oğlu üçün yaman nigaran idi. Günlərin birində Raquf evə axsayarağ gəlib. Raquf Orucov bu üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. Anası onun yaralandığını görməsin deyə, Raquf iradəsini toplayıb, anası ilə görüşdən yayınıb. Elə həmin günlərdə ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun günündə rus-erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal edib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub. Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və ertəsi il həmin məktəbə qəbul olub. Anasının qisasını ermənilərdən alacağı ümidi ilə onun şərəfli hərbçi həyatı başlayıb.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. Kursant Orucov, ona məktəbdə verilən müavinətləri özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və ömrünü qardaşının dörd övladına həsr edən, bibisi Səyyarə xanıma verir.

1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10 000-dən çox insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Dövlət təltifləri

• (1995) — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

• (1998) — "Hərbi xidmətlərə görə" medalı

• (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı

• (2003) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı

• (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

• (2008) — "Qüsursuz xidmətə görə" II dərəcəli medalı

• (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

• (2013) — "Qüsursuz xidmətə görə" I dərəcəli medalı

• (2016) — "İgidliyə görə" medalı

Murad Vaqif oğlu Məmmədov

Murad Məmmədov 1989-cu ilin 17 aprel günündə Biləsuvar rayonunda anadan olub.

Əsgər Murad Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Murad Məmmədov Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Murad Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Şulan Bayram oğlu Bayramov

Şulan Bayramov 1996-cı ilin 28 iyul günündə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub.

Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 10-u isə Şulan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Şulan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Əbdülməcid Nadirşah Axundov

Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 10-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Seymur Qulamşah oğlu Baxışov

Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb.

Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub

Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xeberle.comBu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür.

Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından 4 il ötür.

Xeberle.comxəbər verir ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, "Azərbaycan Bayrağı” və "Vətənə xidmətə görə” ordenlərinə, "Vətən uğrunda”, "İgidliyə görə” və "Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Vətən uğrunda şəhid olanlar arasında Sumqayıtda yaşayan torpaq uğrunda canlarını fəda edənlər də oldu.

Raquf İbrahim oğlu Orucov

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub. Anası Raya xanım oğlu üçün yaman nigaran idi. Günlərin birində Raquf evə axsayarağ gəlib. Raquf Orucov bu üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. Anası onun yaralandığını görməsin deyə, Raquf iradəsini toplayıb, anası ilə görüşdən yayınıb. Elə həmin günlərdə ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun günündə rus-erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal edib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub. Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və ertəsi il həmin məktəbə qəbul olub. Anasının qisasını ermənilərdən alacağı ümidi ilə onun şərəfli hərbçi həyatı başlayıb.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. Kursant Orucov, ona məktəbdə verilən müavinətləri özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və ömrünü qardaşının dörd övladına həsr edən, bibisi Səyyarə xanıma verir.

1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10 000-dən çox insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Dövlət təltifləri

• (1995) — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

• (1998) — "Hərbi xidmətlərə görə" medalı

• (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı

• (2003) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı

• (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

• (2008) — "Qüsursuz xidmətə görə" II dərəcəli medalı

• (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

• (2013) — "Qüsursuz xidmətə görə" I dərəcəli medalı

• (2016) — "İgidliyə görə" medalı

Murad Vaqif oğlu Məmmədov

Murad Məmmədov 1989-cu ilin 17 aprel günündə Biləsuvar rayonunda anadan olub.

Əsgər Murad Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Murad Məmmədov Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Murad Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Şulan Bayram oğlu Bayramov

Şulan Bayramov 1996-cı ilin 28 iyul günündə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub.

Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 10-u isə Şulan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Şulan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Əbdülməcid Nadirşah Axundov

Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 10-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Seymur Qulamşah oğlu Baxışov

Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb.

Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub

Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Yenisumqayit.az





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR