Sumqayıtda hava

Manşet / Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejimini pozan 10 nəfər inzibati qaydada həbs edildi

Azərbaycanda xüsusi karantin rejimini pozan 10 nəfər inzibati qaydada həbs edildi

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb, obyektlərin sahibləri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2973 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 10 şəxs inzibati qaydada həbs olunub.

Qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati həbs edilib, 3581 nəfər inzibati cərimə olunub.

Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR