Sumqayıtda hava

İqtisadiyyat

ATEF koronavirusun yayılmasının qarşısının alınması üçün fəal tədbirlər həyata keçirir

ATEF koronavirusun yayılmasının qarşısının alınması üçün fəal tədbirlər həyata keçirir

ATEF Şirkətlər Qrupu ölkədə koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işləri aparır.

Bütün zavodların giriş-çıxış məntəqələrində, inzibati binalarda, sexlər və yeməkxanalarda koronavirusa qarşı dezinfeksiya işləri həyata keçirilib və dezinfeksiya aparatları qoyulub.

Şirkətin əməkdaşlarının temperaturu elektron termometrlə ölçülür, əlləri xüsusi məhlulu ilə dezinfeksiya edilir, tibbi əlcək və maska ilə təmin olunduqdan sonra işə buraxılırlar.

Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən tədbirlər çərçivəsində zavodların, eləcə də düşərgələrin ərazisində məlumat lövhələri vurulub və SƏTƏMM Şöbəsinin mütəxəssisləri tərəfindən maarifləndirici təlimlər keçirilib. Həmçinin prosesi nəzarətdə saxlamaq məqsədi ilə şirkətin nəzdində Qərargah yaradılıb.

ATEF Şirkətlər Qrupu virusun qarşısının tez bir zamanda alınması üçün hər kəsi karantin rejimi qaydalarına əməl etməyə, zərurət olmadıqda evdən çıxmamağa səsləyir.

Biz sizin fasiləsiz elektrik enerjisi ilə təmin olunmağınız üçün çalışırıq!

"Yenisumqayit.az"

 

ATEF koronavirusun yayılmasının qarşısının alınması üçün fəal tədbirlər həyata keçirir

ATEF koronavirusun yayılmasının qarşısının alınması üçün fəal tədbirlər həyata keçirir

ATEF koronavirusun yayılmasının qarşısının alınması üçün fəal tədbirlər həyata keçirir

 





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR