Sumqayıtda hava

Manşet / İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Sumqayıt Kimya Sənaye Parkı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına (COVİD-19) qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb.

İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əmək haqqı və könüllü ianələri hesabına dəstəkləyiblər.

Sosial aksiyaya Nazirliyin aparatı və regional bölmələri, Nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Sumqayıt Kimya Sənaye Parkı” MMC, "Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu,"AzərbaycanİnvestisiyaŞirkəti" ASC,AZPROMO və s. qurumları qoşulublar.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR