Sumqayıtda hava

Manşet / Cəmiyyət

Aqrar İnkişaf Könüllüləri aztəminatlı ailələrə ərzaq yardımına başlayıblar

Aqrar İnkişaf Könüllüləri aztəminatlı ailələrə ərzaq yardımına başlayıblar

COVİD-19 pandemiyası səbəbilə ölkədə tətbiq edilən xüsusi karantin rejimində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi ilə birgə müxtəlif dəstək addımlarında iştirak edən Aqrar İnkişaf Könüllüləri bu istiqamətdə daha bir uğurlu aksiya yaradaraq 65 yaşdan yuxarı ahıllar və aztəminatlı ailələr üçün "Kənd Sovqatı” layihəsi çərçivəsində ərzaq yardımına başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, könüllülər ilkin mərhələdə 50 regionda 150-dək ailəyə kömək edəcəklər. Ailələrin sayının 1000-ə qədər yüksəldilməsi hədəflənib.

Könüllülər eyni zamanda əhalinin maarifləndirilməsi, yerlərdə insanların onlayn fəaliyyətinə dəstəyin verilməsi, eləcə də yaşlı və ehtiyaclı insanların araşdırılıb qeydə alınması və onlara müxtəlif istiqamətli dəstəyin verilməsində iştirak edirlər.

"Kənd Sovqatı” "Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüddətli davamlı layihəsidir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində ölkənin bütün regionlarında müxtəlif ailələrin ehtiyacları nəzərə alınaraq dəstək göstərilir, şəhid ailələri və ahıllar könüllülər tərəfindən mütəmadi ziyarət edilir.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR