Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

Sumqayıt şəhəri ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Həftəsonları bu tədbirlər daha da gücləndirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Həyata keçirilən dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunur.
Şəhərdə bütün sahələrdə - küçələrdə, məhəllələrdə, ticarət və xidmət obyektlərində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR