Sumqayıtda hava

Manşet / Cəmiyyət

Yenidən qurulan Sumqayıt şəhər stadionu nə zaman istifadəyə veriləcək? - VİDEO

1966-cı il iyulun 1-də istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bir çox beynəlxalq oyunlara şahidlik edib.
Ötən müddət ərzində stadionda bir sıra təmir işləri aparılsa da son illərdə arenanı istənilən səviyyəyə gətirmək mümkün olmayıb. Əsaslı təmirə ehtiyac duyan arena Prezident İlham Əliyevin 2019-cu il 21 noyabr sərəncamı ilə yenidən qurulur. İlkin mərhələdə stadionun yenidən qurulması üçün 5 milyon manat vəsait ayırıb.
Xeberle.com-un məlumatına görə, stadionda işlər tam sürətlə davam edir. İnzibati bina və tribunalarla bağlı bir çox mərhələlər geridə qalıb. Müasir tələblərə cavab verən üstüörtülü arena yüksək səviyyədə yenidən qurulur. Stadionun direktoru Nadir Quliyev deyir ki, yenidənqurma nəticəsində bir çox dəyişikliklər ediləcək: "Tutum olacaq 9500-10000 arası. Tribunaların oturacaqları hamısı xaricdən gətiriləcək. Oturacaqlar da olacaq müasir tipli”.
Nadir Quliyevin sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq tikinti işləri bir az yubanıb: "Əvvəl tikinti başlayanda deyilmişdi ilin axırına kimi. Sonra bu koronavirusla əlaqədar bir az yubanmalar oldu, işçilərin işə çıxıb-çıxmamağı. Ona görə, bir az gecikir. Ola bilər ki, gələn ilin bu vaxtları hazır olacaq”.
Əvvəldən meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Bununla yanaşı, ərazidə güləş və boks zalı da inşa ediləcək.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR