İqtisadiyyat

Sumqayıtda polipropilen istehsalına başlanılacaq

Sumqayıtda polipropilen istehsalına başlanılacaq


"SOCAR-Polymer" neft-kimya layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşası üçün texniki-iqtisadi əsaslandırmanı həyata keçirəcək podratçı şirkət müəyyənləşib.

Bu barədə "SOCAR-Polymer"in Baş direktorunun müavini Emil Eminov məlumat verib.

Onun sözlərinə görə, SOCAR layihənin maddi texniki-iqtisadi əsaslandırmasında podratçı kimi “Tecnimont” şirkətini seçib. E.Eminov bildirib ki, aprelin 4-də podratçı şirkətlə müqavilə imzalanacaq.“Biz polietilen istehsalı layihəsi üzrə podratçını bir qədər sonra seçəcəyik”, -deyə E.Eminov qeyd edib.

Qeyd edək ki, layihəyə əsasən Sumqayıt Kimya Sənaye Parkında polipropilen və polietilen istehsalı üzrə zavodların tikintisi nəzərdə tutulur. Zavodlarda polietilen istehsalı illik 120 min ton, polipropilen istehsalı isə 180 min ton təşkil edəcək. 2016-cı ildə polipropilen istehsalına başlanması nəzərdə tutulur. İstehsal olunan məhsulların Türkiyə və Qərbi Avropa bazarlarına ixracı planlaşdırılır.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR