Manşet / Cəmiyyət

Şəhid hərbçimiz dəfn edildi (FOTO)

Şəhid hərbçimiz dəfn edildi (FOTO)


Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Kazımov Etibar Xudavi oğlu doğulduğu rayonda dəfn edilib.

Martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olan 30 yaşlı E.Kazımov Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində onun yaxınları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin və Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin qohumları vətən uğrunda canını verən igid övladları ilə şərəf duyduqlarını bildiriblər.

Xatırladaq ki, Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu E. Kazımov döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub. E.Kazımov 2 ay öncə ailə həyatı qurub.

Şəhid hərbçimiz dəfn edildi (FOTO)

Şəhid hərbçimiz dəfn edildi (FOTO)

Publika.az





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR