Sumqayıtda hava

Cəmiyyət

Ermənilər Qurban Qurbanovdan yazdı

Ermənilər Qurban Qurbanovdan yazdı


Ermənistan mətbuatı "Qarabağ" klubunun baş məşqçisindən yazıb.

Qurban Qurbanovun albaniyalı tələbələrinə Ermənistan qarşısında qələbə qazanacaqları təqdirdə mükafat vəd etməsi Ermənistan mətbuatının diqqətindən qaçmayıb.

Əksər erməni saytları baş məşqçinin sözlərini manşetə çıxarıblar. Ermənilər Ansi Aqolinin Ermənistanla matçı ilə bağlı açıqlamarına da yer veriblər.

"Mən Azərbaycanda oynayıram. Bu matç azərbaycanlıların diqqət mərkəzində olacaq. Çünki iki ölkə arasında gərgin münasibətlər var. Buna görə əminəm ki, azərbaycanlılar bizi və Albaniya yığmasını dəstəkləyəcək", - deyə Ansi Aqoli söyləyib.

Qeyd edək ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə Azərbaycan mətbuatına maraqlı açıqlama verib. Baş məşqçi bildirib ki, Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi və Telliyə mükafat verəcək.

ANS PRESS





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR