Cəmiyyət

İlk gündə 644 nəfər vətəndaşa xidmət göstərdi

İlk gündə 644 nəfər vətəndaşa xidmət göstərdi


Martın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru Elman İsayev jurnalistlərə müsahibəsində bildirib ki, mərkəzin fəaliyyətindən Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq.

“ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı ilk gündə 644 nəfər vətəndaşa xidmət göstərib. Vətəndaşlar əsasən şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Xezerxeber.com





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR