Sumqayıtda hava

Cəmiyyət

Qubadlı sakinləri tibbi müayinədən keçirilir

Qubadlı sakinləri tibbi müayinədən keçirilir


Fevral ayının əvvəlindən respublikanın bütün bölgələrində olduğu kimi, Qubadlı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb.

Bu günə kimi 6803 nəfəri Bakıdan, 2167 nəfəri respublikanın digər şəhər və rayonlarından, 15189 nəfər isə Sumqayıt şəhərindən olmaqla, 24159 rayon sakini tibbi müayinədən keçib.

Sumqayıt şəhərində bu işlə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi məşğul olur. Əhalinin bütün Sumqayıt ərazisində məskunlaşdığını nəzərə alaraq poliklinikanın rəhbərliyi səyyar həkim briqadaları təşkil edib və tibbi müayinəni rayon sakinlərinin sıx yaşadığı yerlərdə, məktəblərdə və müəssisələrdə keçirir.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuslət Əhmədov və məcburi köçkün Sabir İsmailov bu humanist aksiyanın təşkilindən razı qaldıqlarını söyləyib, əhalinin sağlamlığına xidmət edən bu xeyirxah kampaniyanın təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qubadlı sakinləri tibbi müayinədən keçirilir

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR