İqtisadiyyat

Sumqayıtda yararsız mal satan mağazalar (SİYAHI)

Sumqayıtda yararsız mal satan mağazalar (SİYAHI)


Azərbaycanda istehlaka yararsız məhsullar aşkarlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində

- S.Vurğun küçəsində Qeyis Hüseynova məxsus mağazada;
- 12-ci mikrorayonda Elnarə Həmzəyevaya məxsus mağazada;
- 4-cü mikrorayon, Bakı küçəsində Elşən Xudaverdiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

ANS PRESS





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR