Cəmiyyət

Sumqayıtlı güləşçi respublika turnirində birinci oldu

Sumqayıtlı güləşçi respublika turnirində birinci oldu


Tanınmış bədən tərbiyəsi və idman xadimi, Əməkdar İdman Ustası və Əməkdar Məşqçi, Prezident təqaüdçüsü Ehsan Kərimovun xatirəsinə həsr edilən yunan-Roma güləşi üzrə IX respublika turniri başa çatıb.

Göyçay Olimpiya İdman Kompleksində 1998-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən turnirdə 12 rayondan 100-ə yaxın güləşçi 10 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparıb.

Üç gün davam edən yarışda Araz Şükürzadə (42 kq, Lənkəran), Samir Sülüyev (46 kq, Göyçay), Nemət Əsədov (50 kq, Gəncə), Azər Əbülfətov (54 kq, Göyçay), Nurlan Dadaşov (58 kq, Şirvan), Murad Orucov (63 kq, Bakı), Şəhriyar Tağızadə (68 kq, Sumqayıt), Kamran Xasalov (76 kq, Gəncə), Mətləb Teymurov (85 kq, Gəncə), Fərid Babayev (100 kq, Şirvan) birinci yeri tutub.

İlk 3 yeri tutan idmançılara diplom və medallar təqdim edilib.

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR