Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universiteti Avropa təhsil sisteminə inteqrasiya edir

Sumqayıt Dövlət Universiteti Avropa təhsil sisteminə inteqrasiya edir


Sumqayıt Dövlət Universitetində Avropa Müstəqil Akkreditasiya Agentliyinin ekspertləri ilə ali məktəbdə akkreditasiyaya hazırlığın vəziyyətinə dair görüş keçirilib. Görüşdə proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi üzrə bakalavriat, enerji menecmenti üzrə magistratura pillələrinə akkreditasiyaya hazırlığın vəziyyəti müzakirə edilib.

Öncə ekspertlər layihə çərçivəsində tədris olunan fənlərlə maraqlanıblar. Onlar professor-müəllim heyəti ilə görüşüb, dərs vəsaitləri ilə tanış olub, laboratoriyalara baş çəkib, tələbələrin praktik işlərinin icrasına nəzarət ediblər.

Sonra rektor Elxan Hüseynov proqramın akkreditasiyaya hazırlıq vəziyyəti barədə məlumat verib.

Bildirilib ki, Azərbaycanın təhsil sistemi Boloniya prosesinə qoşulub. SDU təhsilin gələcək inkişafını nəzəri biliklərlə yanaşı, təcrübəyə əsaslanan Avropa təhsil sisteminə inteqrasiyada görür. Beynəlxalq elm, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetləri ilə əlaqələrini yaratmaq əsas məqsəd kimi qarşıya qoyulub.

Rektor qeyd edib ki, ali məktəb TEMPUS layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olub. Universitetdə 8 müasir tədris laboratoriyası yaradılıb və bu laboratoriyalar yüksək avadanlıqlarla təchiz edilib. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.

Azərbaycanda təhsil sisteminin sürətlə inkişaf etdiyini və heç də Avropa təhsil sistemindən geri qalmadığını bildirən qonaqlar, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, beynəlxalq əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdılar.

Ekspertlər ümumi müzakirədən sonra müəyyən tövsiyyələrini verdilər.

Qeyd edək ki, yekun nəticə iyun ayında açıqlanacaq və qalib universitetə sertifikat təqdim olunacaq.

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR