Faydalı
Xəstə deyilsiniz, susuzsunuz (İRANLI HƏKİMİN ARAŞDIRMASI)

İnsan bədəninin 25 faizi qatı maddələrdən, 75 faizi isə sudan, mayedən ibarətdir. Beynimizin isə 85 faizi sudur. Suyun həyat olduğunu hər kəs bilir.
İranlı həkim Firudin Batmangelc suyun bir çox xəstəliklərə dərman olduğunu, insanın səhhətini yaxşılaşdırdığını həbsxanada qarşılaşdığı bir hadisə nəticəsində öyrənib:
“1979-cu il İran inqilabı dövründə mən siyasi məhbus kimi həbsxanada idim. Bir gün məhkumlardan birinin həbsxananın dəhlizində mədə sancıları ilə çabaladığını gördüm. Məni görən kimi: “Mədəmdəki yara məni öldürür”, - dedi. “Bu sancıları azaltmaq üçün nə etmisən?” - deyə soruşduğum zaman: "Üç ədəd “Tagamet” və bir şüşə antiasid qəbul etmişəm, amma bir təsiri olmadı", - söylədi”.
Doktor Batmangelc əzab çəkən məhkuma qeyri-ixtiyari yardım etmək qərarına gəlir və ölümünün yaxınlaşdığını düşündüyü şəxsə iki stəkan su içirir. Amma bir müddət sonra gördüyü mənzərə onu təəccübləndirir. Məhkum çox keçməmiş ağrılardan azad olur. O gündən sonra doktor Batmangelc suyun şəfaverici təsiri üzərində çalışmalara başlayır. Həbsxanada olduğu 2 il yarım ərzində 3 mindən artıq mədə xorası olan xəstə məhkumu sağaldır. Təbii ki, dərman kimi yalnız sudan istifadə edir. Batmangelcin azadlığa buraxılmaq vaxtı çatanda, o, həbsxana müdirindən xahiş edir ki, bir müddət də zindanda qalması üçün ona icazə versin:
“Mən bir az daha məhkum həyatı yaşamaq istəyirəm. Çünki araşdırmalarımın ən vacib mərhələsindəyəm. Bu qədər xəstəni dünyanın heç bir yerində, bu şərtlər altında tapa bilmərəm”.
Beləliklə, doktor Batmangelc bir müddət daha könüllü həbsxana həyatı yaşayır və araşdırmalarını davam etdirir. Həkimin su ilə bağlı kəşfləri ilk olaraq İran Tibb Assosiasiyası tərəfindən yayımlanır.
Doktor Batmangelc “Xəstə deyil, susuzsunuz” kitabında bədənimizin tam 40 səbəbə görə suya ehtiyac duyduğunu açıqlayıb. Həmin səbəblər aşağıdakılardır:
1. Heç bir canlı susuz yaşaya bilməz.
2. Susuzluq əvvəlcə bədənin funksiyalarını öz təsiri altına alır, sonra isə öldürməyə başlayır.
3. Su ən vacib enerji qaynağıdır.
4. Su bədənin hər hüceyrəsində elektrik və maqnit enerjisi istehsal edir, bizə güc verir.
5. Su hüceyrələrin daxilindəki maddələri bir-birinə bağlayan yapışdırıcıdır.
6. DNT-nin zədələnməsinin qarşısını alan su onun bərpa olunması mexanizminin daha yaxşı fəaliyyətini də təmin edir. Beləliklə, yaranan anormal DNT sayı da azalır.
7. İmmun sisteminin bütün mexanizmlərinin mərkəzi sayılan sümük iliyini “xərçəng” də daxil olmaqla müxtəlif xəstəliklərə qarşı gücləndirir.
8. Bütün qidaları, vitaminləri və mineralları parçalayan əsas vasitədir. Su bədəndəki qidaları kiçik hissələrə ayırır, həzm olunmasında və son metabolizm mərhələsində vacib rol oynayır.
9. Su qidalara enerji verir və parçalanan qidalar həzm prosesi zamanı bu enerjini bədənə ötürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.
10. Su qidalardakı lazımi maddələrin sorulmasını sürətləndirir.
11. Bütün vacib maddələrin bədənə yayılmasına yardımçı olur.
12. Ağciyərlərdə oksigen toplayan qırmızı qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
13. Hüceyrəyə çatan su həmin hüceyrəyə oksigen verir və tullantı qazların bədəndən kənarlaşdırılması üçün onları ağciyərə daşıyır.
14. Su bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayır və onların xaric olunmaları üçün qaraciyərə və böyrəklərə daşıyır.
15. Su oynaq boşluqlarındakı əsas yağlayıcı maddədir, artrit və bel ağrılarının əmələ gəlməsinin qarşısını almaqda yardımçı olur.
16. Dehidrasiya (bədənin həddindən artıq su itirməsi) oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin toplanmasına gətirib çıxarır. Su isə bütün bunların qarşısını alır.
17. Su bağırsaqları ən yaxşı işlədən yağlayıcı vasitədir.
18. İnfarktın və iflicin qarşısını alır.
19. Ürəkdə və beyin damarlarında laxtalanmanın qarşısını alır.
20. Bədənin soyutma (tərləmə) və isitmə (elektrik) sistemləri üçün əvəzolunmazdır.
21. Düşünmək başda olmaqla bütün beyin funksiyalarının normal işləməsi üçün bizə güc və elektrik enerjisi verir.
22. Uşaqlarda və gənclərdə diqqətsizlik probleminə müsbət təsir edir.
23. Səmərəli iş əmsalını artırır və diqqəti gücləndirir.
24. Su dünyadakı digər bütün içkilərdən daha rahat tapılır və heç bir ziyanı yoxdur.
25. Stress, həyəcan və depressiyanın azalmasına kömək edir.
26. Su yuxunu tənzimləyir.
27. Yorğunluğun aradan qaldırılmasına yardım edir və bizə gənclik enerjisi verir.
28. Üz dərisini yumşaldır və yaşlanmanın simptomlarının azalmasına kömək edir.
29. Gözlərə canlılıq və parlaqlıq verir.
30. Qlaukomadan (göz xəstəliyi) qorunmamıza yardımçı olur.
31. İlikdə qan hüceyrələrinin artmasını sürətləndirir, qan xərçənginin və limfoma xəstəliyinin qarşısının alınmasına kömək edir.
32. Su bədənin infeksiya və xərçəng hüceyrələrinin yayılmaq ehtimalı olan bölgələrində immun sistemini gücləndirir.
33. Qanı durulaşdırır və qan dövranı prosesində laxtalanmanın qarşısını alır.
34. Ürək döyüntüləri ilə birlikdə qanı duruldur, dalğalandırır və qan dövranı zamanı qatı maddələrin çökməsinə imkan vermir.
35. Su içdikdən sonra aclıq və susuzluq hisslərini ayırd etmək mümkündür.
36. Arıqlamağın ən doğru yolu su içməkdir. Rejimli şəkildə su için və pəhriz saxlamadan arıqlayın. Aclıq hiss etdiyiniz zaman çox yeməyin, amma susadığınız zaman doyunca su için.
37. Su hamiləlik zamanı ürək bulantılarını azaldır.
38. Zehni və bədən funksiyalarını bütünləşdirir. Qərar vermək və hədəfləri müəyyənləşdirmək bacarığını artırır.
39. Yaşlandıqca yaddaşın zəifləməsinin qarşısını alır. Parkinson, skleroz və digər zehni xəstəliklərin əmələ gəlmə ehtimalını azaldır.
40. Kofein, alkoqol və bəzi dərmanlardan asılılığın aradan qaldırılmasına yardımçı olur.
ANS PRESS
Bu bölmədə bənzər xəbərlər
- Bu su xərçəngdən qoruyur (FOTO)
- Evində Wi-Fi olanların diqqətinə
- Xərçəngə yaxalanmaq istəmirsinizsə 5 vərdişinizdən imtina etməlisiniz
- Azərbaycan haqqında qorxunc statistika
- "Bakıelektrikşəbəkə" daha yoxdur
- Azərbaycan istehsalı olan yeni film Sumqayıtda da nümayiş olunacaq
- Şeytana atılan daşların aqibəti (FOTO,VİDEO)
- Texnoparklar iqtisadi inkişafda mühüm rol oynayacaq
- Rövnəq Abdullayev: "Sumqayıt”ın oyunlarına həvəslə baxıram."
- Yol polisi qayda pozdu, kameraya düşdü (VİDEO)
Çox oxunan xəbərlər
- “STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- Tikinti şirkətindən oğurluq edən şəxs saxlanıldı
- Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- AFFA "Sumqayıt"ı cərimələdi
- Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
Xəbər lenti
- 19:20
Tikinti şirkətindən oğurluq edən şəxs saxlanıldı
- 19:11
Ayxan Abbasov: "Xəyal Messi deyil ki?!"
- 18:48
Altı partiyanın YAP-a qoşulması siyasi həmrəyliyin göstəricisidir
- 18:42
Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır
- 18:39
Sumqayıtda yeni McDonald’s restoranından FOTOLAR
- 18:26
Azərbaycan Ordusu xalqımıza ən şərəfli anları yaşatdı
- 18:22
Azərbaycan hərbçisinin torpaqlarımızı azad etmək yanğısı qələbəmizə səbəb oldu
- 19:16
Sumqayıt Kimya Sənaye Parkının rezidentinin nizamnamə kapitalı artırılıb
- 15:14
Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- 15:09
Martın 6-da gözlənilən hava şəraiti
- 15:03
Sumqayıtlı idman mütəxəssisləri təltif ediliblər
- 14:49
Bakı-Pirşağı-Sumqayıt qatarları işləməyəcək
- 14:44
"LEVENT SUMQAYIT BEACH CİTY"də yeni şərtlərlə mənzil satışı
- 13:00
Mübariz Mənsimov azadlığa buraxıldı
- 17:30
AFFA "Sumqayıt"ı cərimələdi
- 17:26
AQTA Sumqayıtın "Bulaq"ını cərimələdi - TAM SİYAHI
- 17:00
İşğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək
- 15:29
Qazimiz Arif Hacıyevin görmə qabiliyyəti bərpa edildi
- 15:24
"Sumqayıt" FK "Zirə" ilə heç-heçə edib
- 15:02
Bakıda təhsil işçilərinin vaksinasiyası davam edir
- 14:46
Martın 5-də gözlənilən hava şəraiti
- 09:49
Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- 09:28
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
- 21:13
“STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- 10:07
Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- 09:51
Mart ayının hava proqnozu açıqlandı
- 09:42
Güclü dövlət, güclü lider və onun tarix yazan qəhrəman gəncliyi!
- 10:11
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni emalatxana yaradılıb
- 14:18
Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- 14:13
Sumqayıtda təcili yardıma müraciət daxil olmayıb
- 14:04
Sumqayıtda Sovet dövrünün daha bir yadigarı
- 13:36
Sumqayıta 8 sm qar yağıb
- 13:41
Sumqayıtda ağacəkmə aksiyası keçirildi
- 14:31
Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- 14:17
Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin işə qəbulunu elan edir
- 14:02
Ödənişli avtomagistralın tikintisi davam etdirilir
- 13:43
Sumqayıtda şəhid ailələrinə sovqatlar çatdırılıb
- 15:50
Sumqayıtda plan artırıldı - Sürücülər işə çıxmadılar
- 15:41
Sumqayıtlı Qazi yüksək texnologiyalı protezlə təmin edilir
- 15:37
UEFA "Sumqayıt"a 75 min avro ayırdı
Arxiv
Fevral 2021 (33)
Yanvar 2021 (40)
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)