Hadisə

Küveyt səfirinin bank kartından pul mənimsənilib

"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi RPİ-yə müraciət edərək cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirmişdir.
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəsisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilmişdir.
Araşdırmalar aparılır.

(mia.gov.az)





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR