Cəmiyyət

Sumqayıt məktəbləri arasında hərbi-idman yarışması keçirilib

Sumqayıt məktəbləri arasında hərbi-idman yarışması keçirilib


Aprelin 4-də Sumqayıtda yerləşən N. saylı hərbi hissədə "Şahin” Respublika hərbi-idman oyununun şəhər birinciliyinin final mərhələsi keçirilib.

"YeniSumqayit.az"ın Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla verdiyi məlumata əsasən, final mərhələsində 12 ümumtəhsil məktəbinin - İ.Qayıbov adına 1 №-li, 4 №-li, 9 №-li, 14 №-li, 16 №-li, 21 №-li, 23 №-li, 24 №-li, Şah İsmayıl Xətai adına 30 №-li, 43 №-li tam orta məktəblərin, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və Fars-ingilis dilləri təmayüllü orta internat məktəbinin VIII və X siniflərinin şagirdlərindən ibarət komandalar iştirak edib.

Sumqayıt məktəbləri arasında hərbi-idman yarışması keçirilib


İlk öncə yarış iştirakçılarının Bayraq Meydanından Heydər Əliyev prospekti və Sülh küçəsi boyunca Ümummmilli Lider Heydər Əliyevin şəhərdəki abidəsinə qədər hərbi mahnıların sədaları altında təntənəli keçidi baş tutub.

Məktəblilər “sıra hazırlığı”, “darağa patronun doldurulması və boşaldılması”, “avtomatın sökülməsi və yığılması”, “tüfəngdən hədəfə atəş açmaq” və digər mərhələlər üzrə yarışıblar.

Yarışın nəticələrinə əsasən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası I yerə, 9 №-li tam orta məktəbin komandası II yerə, İ.Qayıbov adına 1 №-li tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

I yeri tutan komanda 20 aprel tarixində Xaçmaz şəhərində keçiriləcək zona birinciliyində şəhəri təmsil edəcəkdir.

Sumqayıt məktəbləri arasında hərbi-idman yarışması keçirilib





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR