Xidmət

“Hədiyyəli pul köçürmələri” aksiyası davam etdirilir (FOTO)

“Hədiyyəli pul köçürmələri” aksiyası davam etdirilir (FOTO)


“Expressbank” “Zolotaya Korona” təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri” adlı aksiyası davam edir.

Aksiya çərçivəsində bir neçə müştəri qiymətli hədiyyələr qazanıb.

Aksiyanın şərtlərinə görə “Expressbank” filiallarında bu sistemlə ən çox pul göndərənlər (maksimum 200 000 manat) planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə (maksimum 100 köçürmə) smartfon qazana biləcəklər.

Aksiya 31 may 2015-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

APA





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR