Hadisə

Qətldə iştirak etmiş Abşeron sakini tutuldu

"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Babək Hüseynov, habelə qətldə iştirak etmiş digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov tutulmuşlar.
B.Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əskinas və 1 ədəd Epson markalı printer aşkar edilərək götürülmüşdür.

(mia.gov.az)





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR