Cəmiyyət

Sumqayıt teatrı Türkiyədə səfərdədir

Sumqayıt teatrı Türkiyədə səfərdədir


Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Türkiyənin Menemen bələdiyyəsinin təşkil etdiyi VII “İnadına” teatr festivalında iştirak edir.

Teatrın direktoru İslam Həsənov bildirib ki, festivalda Azərbaycanı təmsil edəcək teatr Əziz Nesinin “Öldür məni, can-ciyər” tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşada əməkdar artistlərdən Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərov rol alıblar.

Qeyd edək ki, festival çərçivəsində tamaşa aprelin 16-da oynanılacaq.

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR