Cəmiyyət
Suriyadan qayıdanların məhkəməsi olub

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərlik dəstə üzvlərinin - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib.
Məhkəmə prosesində təqsirləndirilən İ.Babazadəyə sərbəst ifadə vermək təklif olundu. Lakin İ.Babazadə ifadə verməkdən imtina edərək məhkəməni tanımadığını, yalnız şəriət qanunlarına uyğun şəkildə mühakimə olunmaq istədiyini açıqladı.
Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edildi. İ.Babazadə ifadəsində iki ildir ibadətlə məşğul olduğunu, Qəbələ rayonundakı məscidlərə getdiyini, özünə “Yəhya” dini adı götürdüyünü, Suriyada baş verən hadisələri internet vasitəsilə izlədiyini və cihad elan olunduqda ora getmək qərarına gəldiyini göstərib:
“Bu məqsədlə “Sumqayıt camaatı”nın əmiri olan Aqil Hacıyevlə əlaqə saxladım. 3 oktyabr, 2013-cü ildə Türkiyənin Hatay vilayətinə getdim. A.Hacıyevin mənə verdiyi nömrəyə zəng vurdum. Hasan adlı şəxs məni sərhəddən qaçaq yolla Suriyaya keçirdi. Bunun müqabilində ona 50 dollar verdim.
Suriyaya keçəndən sonra A.Hacıyevin camaatına qoşuldum. Elvin Dursunəliyevi, Vilayət Həsənlini, Mehman Balakişiyevi, Vasif Hacıyevi orada görüb tanımışam. Onlar ora məndən əvvəl gəlmişdilər. Bizə fiziki və dini təlimlər keçirdilər. Heç bir döyüşdə iştirak etməmişəm. 5 mart, 2014-cü ildə “Cəbhətul əl-Nüsra” bizi əsir götürdü, ya onlarla birlikdə vuruşmağımızı, ya da ərazini tərk etməyimizi tələb etdilər. Mehmanla və digərləri ilə birlikdə bizi Türkiyə sərhəddinə gətirdilər. Türkiyədən Azərbaycana deportasiya olunduq. Suriyada heç bir əməlimə görə məhkum olunmamışam”.
Təqsirləndirilən şəxs hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırmaqadan da imtina etdi. Hakimin “əgər bu qanunları tanımırdınızsa, niyə istintaq zamanı da susmurdunuz” sualını da İ.Babazadə cavablandırmadı.
Sonra təqsriləndirilən Malik Musayevə ifadə vermək təklif olundu. Digərlərindən fərqli olaraq M.Musayev məhkəmədə sərbəst ifadə verdi. O, ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, 2009-cu ildən ibadətlə məşğul olduğunu, Mədəniyyət və İncəsənət Universitetinin II kursunda təhsil aldığını, Suriyaya döyüşmək məqsədilə getmədyini göstərdi:
“Ora getməkdə məqsədim dini rahat şəkildə yaşamaq idi. “Muaz” adlı bir nəfərlə internetdə tanış oldum. O, kömək edəcəyini dedi. Türkiyədə Hasan adlı şəxsin vasitəsilə sərhədi keçdim. Azərbaycan camaatı olan yerə gəldim, Aqil Hacıyevin camaatına qoşuldum. Mənim silahım olmayıb. Heç kimdə silah da görmədim. Təlimlərdə iştirak etmədim.
Orada terror qruplaşmaları var idi. Bizə onlara qoşulmağımızı, Bəşər Əsədə qarşı birlikdə vuruşmağımızı təklif etdilər. Razı olmadıq deyə bizi əsir götürdülər. On gün əsirlikdə olmuşam. Tabe olmadıq deyə bizi oradan Türkiyə sərhədinə gətirdilər. Türkiyədən deportasiya olunduq. Hava limanında bizi MTN qarşıladı. Bir ildir istintaq gedir.
Suriyada özbaşınalıqdır, orada dünyanın hər yerindən insanlar vardı. Uşaqların bəzilərini əsirlikdə tanımışam”.
“Valideynlərimdən xəbərsiz getmişdim.”
Daha sonra təqsirləndirilən şəxs hakimin, dövlət itithamçısının suallarını cavablandırdı.
Hakimin “Ora niyə getdin, məqsədin nə idi? Burada ibadət etməyə məhdudiyyət ki, yoxdur” sualına M.Musayev belə cavab verdi:
“Təhsilimi yarımçıq qoyub getmişdim, düşündüyümüz kimi olmadı, qayıtmaq istəsək də çətinlik çəkirdik. Çünki qayıtmaq çox çətin idi. Həm də biz Türkiyəyə yaxın sərhəddə idik. Orada döyüş getmirdi, əməliyyat keçirilmirdi. Mən o qədər də məlumatlı deyildim. Çox şeyi MTN-də başa saldılar”.
M.Musayev hakimin və dövlət ittihamçısının suallarını cavablandırarkən ata-anasına dəstək olmadığına, onlara yardım edə bilmədiyinə, əksinə, valideynlərinin ona görə əziyyət çəkdiklərinə peşman olduğunu bildirdi:
“18 yaşım vardı, gənc idim. Valideynlərimdən xəbərsiz getmişdim. Suriyada yaşayıb ticarətlə məşğul olmaq niyyətində idim”.
“Orada İslama dəyər verilmirdi.”
Bundan sonra təqsirləndirilən Vüsal Bayramova ifadə vermək təklif olundu. V.Bayramov ifadə verməkdən imtina etdi.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan edildi. V.Bayramov istintaq zamanı ifadəsində bir ildir namaz qıldığını, Şəkidəki məscidlərdə ibadətlə məşğul olduğunu, Suriyada cihad elan edildikdə kafirlərə qarşı vuruşmaq üçün ora getdiyini göstərib:
“Bu barədə həmyerlim - dini adı “Ömər” olan Vüqar Dursunəliyevə dedim. O, düz yolda olduğumu bildirdi. Ora özbaşına getmək olmazdı, hansısa qruplaşmaya qoşulmaq lazım idi.
28 yanvar, 2014-cü ildə getdim. 2500 dollarım vardı. Hasana 100 dollar verdim, sərhəddən keçdim. Dini adı “Abdul Məhəmməd” olan Aqil Hacıyevin camaatına qoşuldum. Heç bir döyüşdə iştirak etməmişəm. Orada kütləvi qətllər olduğunu və İslama dəyər verilmədiyini görüb Azərbaycana qayıtdım. Suriyada qaldığım 5 gün ərzində heç bir qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməmişəm”.
V.Bayramovun məhkəmə zalında olan atası Qabil Bayramov hakimdən ona söz verilməsini xahiş etdi.
Əfqanıstan veteranı və I qrup əlil olduğunu deyən Q.Bayramov oğlunu özü öz əli ilə MTN-ə təhvil verdiyini bildirdi:
“Martın 26-da televiziya ilə dedilər ki, ötən il aprel ayının 15-ə kimi Suriyadan qayıdanlar həbs olunmayacaqlar. Oğlumla əlaqə saxladım. Dedim tez gəl, aprelin 15-ə kimi qayıt, əfv olunacaqsan”.
“Küfrə girməmək üçün mühakimə olunmaq istəmirik.”
Sonra təqsirləndirilən Samir Həşimova ifadə vermək təklif olundu. O, ifadə verməkdən imtina etdi:
“Biz peyğəmbər (s.ə.s) davamçılarıyıq. Biz küfrə girməmək üçün mühakimə olunmaq istəmirik. Allah buyurur ki, aranızda nə çəkişmə varsa, onu yalnız Quran və sünnə ilə mühakimə edin. Bizim mühakiməmiz şəriətə uyğun olmalıdır. İstintaqa ifadə verməyimin günah olduğunu sonra bilmişəm və tövbə etmişəm. Allahın verəcəyi cəza bütün cəzalardan daha şiddətli, daha ağırdır. Bunu bildiyim üçün susuram”.
Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edildi. S.Həşimov ifadəsində üç övlad atası olduğunu, ticarətlə məşğul olduğunu, 2003-cü ildən İslam dininin hənbəli təriqəti üzrə ibadət etdiyini, özünə “Abu Maryam” dini adı götürdüyünü göstərib:
“Bəşər Əsədin müsəlmanlara etdiyi zülmləri internet vasitəsilə izləyirdim. Suriyaya hicrət etmək istədim. İnternetdə cihadla bağlı videoların altında yazılan şərhlərdə Hasan adlı şəxslə tanış oldum, ona yazdım. Bəşər Əsədin zülmündən əziyyət çəkən müsəlmanlara köməklik etmək istəyirdim. Bu məqsədlə də 2013-cü ilin son ayında Türkiyəyə getdim, Hasanın vasitəsilə sərhəddi keçdim.
Orada Nicat Aşurovun qrupuna qoşuldum. Nicatı 2007-ci ildən tanıyırdım. Mənə də döyüşə getmək təklif olundu. Bununla bağlı aramızda fikir ayrılığı yarandı. Ona görə də onlardan ayrılıb Aqil Hacıyevin camaatına qoşuldum. Çünki onlar dini yaşamaq üçün gəlmişdilər, öz məqsədləri üçün yox. Fiziki təlimlərdə və döyüşlərdə iştirak etməmişəm”.
“Şəki camaatının əmiri” ifadə verməkdən imtina etdi.
Təqsirləndirilən Vüqar Dursunəliyev də məhkəmədə sərbəst ifadə verməkdən imtina etdi:
“Allah səbr edənlərlə bərabərdir. Kim Allahın hökmlərinə üz çevirərsə, onlara əzab verər. Mən müsəlmanam və Allahın buyurduğu qaydalara əməl etməyi seçmişəm. Biz Amerikanın demokratiyasını belə qəbul etmirik. Allahın buyurduğu qaydada yaşamaq istəyirik”.
“16 yaşlı oğlumu cihada göndərdim.”
Təqsirlənidirilən Vüqar Dursunəliyevin ibtidai istintaqa verdiyi ifadəsi elan olundu.
İstintaqa verdiyi ifadəsində V.Dursunəliyev 2002-ci ildən sələfi təriqəti üzrə ibadətlə məşğul olduğunu, özünə “Ömər” dini adı götürdüyünü və “Şəki camaatının əmiri” seçildiyini göstərib:
“Bəşər Əsədin müsəlmanlara etdiyi zülmləri internetlə izləyirdim. 16 yaşlı oğlum Elvini çağırıb ona da göstərirdim. Ona başa salırdım ki, müsəlmanlara kömək etmək lazımdır. 2013-cü ildə belə qərara gəldim ki, 16 yaşlı oğlumu cihada göndərim. Şəkidən olan Tehran adlı şəxslə oğlum Elvini Türkiyəyə yolladım. Tehran elə bilirdi ki, oğlum Türkiyəyə işləməyə gedir. Elvinin cihada getdiyini bilmirdi.
2013-cü il, dekabrın 5-də İstanbul reysi ilə yola saldım. Oğlum heç bir döyüşdə olmayıb. Suriyada qrupların bir-biri ilə döyüşdüyünü eşidib əlaqə saxladım ki, Azərbaycana qayıtsın”.
V.Dursunəliyev hakimin “Sən necə atasan? Həddi-buluğa çatmayan bir uşağı od-alovun içinə göndərmisən?” sualını cavablandırmadı.
Ötən məhkəmə iclaslarında təqsirləndirilənlər şəxslər İslam dininin qanunlarından başqa heç bir qanun tanımadıqlarını, bu məhkəməni qəbul etmədiklərini, şəriət məhkəməsi ilə mühakimə olunmaq istədiklərini, heç bir dövlət işçisinin suallarına cavab verməyəcəklərini və məhkəmə prosesi boyunca susacaqlarını bildirmişdilər.
Məhkəmə prosesi aprelin 23-ə kimi təxirə salındı.
ANS PRESS
Bu bölmədə bənzər xəbərlər
- İŞİD-çi azərbaycanlıların sensasion etirafları: ““Məni əsir götürdülər, zindana saldılar””
- “Sumqayıt camaatı”nın “əmir”inin qardaşı Rusiyada həbs edildi
- Uşaq oğurlamaqda günahlandırılan qadının məhkəməsi başlayıb
- Sumqayıtda uşaq oğurlamaqda təqsirləndirilən qadının məhkəmə istintaqı başa çatıb
- Sumqayıtda silahlı insidentlə bağlı təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər
- MTN terrorçuları belə tutdu (VİDEO)
- MTN Suriyada döyüşmüş azərbaycanlıları həbs edib
- Sumqayıtdakı silahlı münaqişə ilə əlaqədar həbs edilənlərin məhkəməsi olub
- Vəzifəli şəxslərin dələduzluq hərəkətlərinə son qoyuldu
- Azərbaycan slovakiyalı siyasətçini beynəlxalq axtarışa verib
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Martın 26-da gözlənilən hava
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- İstefaya göndərilən generala Sumqayıtda vəzifə verildi
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb