Redaktorun Seçimi / Elan

Sumqayıtda həvəskar jurnalistlər üçün təlim keçiriləcək

Sumqayıtda həvəskar jurnalistlər üçün təlim keçiriləcək


SDU Ritorika Universal Klubun Həvəskar Jurnalistlər Klubu həvəskar Jurnalistlər, jurnalist olmaq istəyənlər, təşkilatların, şirkətlərin mətbuat xidmətində işləmək istəyənlər və eyni zamanda aktiv gənc olub layihələr keçirən insanlar üçün təlim təşkil edir.

Təlimdə öyrənəcəksiniz:
- Press-relizin yazılması,
- Qəzet jurnalistikası və onun janrları,
- Teleradio jurnalistikası və onun janrları,
- Nəşriyyat, redaktə prosesi,
- Ənənəvi və müasir jurnalistikanın müqayisəsi.

Təlimçi: Səlimxanlı Dəyanət Fətullah oğlu
1989-cu ildə hazırkı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, Azərbaycan Televiziyasında Elm və Təhsil şöbəsinin böyük redaktoru işləyib. SDU qəzetinin baş redaktorudur.

Qeydiyyatdan keçmək istəyənlər ad, soyad, telefon nömrəsini yazıb ritorika.klub@gmail.com ünvanına və ya 0504402448 nömrəli telefona mesaj vasitəsi ilə göndərsin.

Qeyd: Təlimdə iştirak ödənişsizdir. Təlim Reduco Tədris Mərkəzinin dəstəyi ilə keçirilir.

Tarix 18.04.2015
Saat: 11:00
Məkan: Reduco Tədris Mərkəzi (Xarı Bülbül restoranı ilə üzbəüz)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR