Cəmiyyət

Sumqayıt məktəbliləri bilik yarışının finalında

Sumqayıt məktəbliləri bilik yarışının finalında


"Yeni Sumqayıt"ın Dövlət Neft Şirkətinin saytına istinadla verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və ARDNŞ-nin Ekologiya İdarəsinin birgə təşkilatçılığı ilə “Ekoerudit” məktəblilərin ümumrespublika ekoloji breyn-rinq bilik yarışı keçirilmişdir.
Məqsəd məktəblilərdə ekologiyaya maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibət formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirməkdən ibarətdir.
Yarışın final mərhələsi ARDNŞ-nin Eko-parkında keçirilmişdir. Finalda breyn-rinqin zona mərhələsinin qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan, Quba, Lerik, Fizuli, Ağdaş şəhər və rayonlarını təmsil edən komandalar müxtəlif ekoloji mövzularda hazırladıqları elektron təqdimatları nümayiş etdirmiş və “Tullantılara yox deyək!” mövzusunda praktik çalışmanı yerinə yetirərək müxtəlif tullantılardan eksponatlar (süni quş yuvaları, ekoloji maketlər, modellər və s.) hazırlamışlar.
Respublika mərhələsinin qaliblərinə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və ARDNŞ Ekologiya İdarəsi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. Tədbir məktəblilərin iştirakı ilə Eko-parkın ərazisində ekskursiya, bioloji müxtəlifliklə tanışlıq, yaşıl fidanların dibçəklərə əkilməsi ilə başa çatmışdır.

Sumqayıt məktəbliləri bilik yarışının finalında

Sumqayıt məktəbliləri bilik yarışının finalında





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR