Manşet / Cəmiyyət

Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)

Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 58 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda doğulub, gənclik illərini Sumqayıtda keçirib. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən, Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı” sayan Yaroslav Semyonov doğulduğu Sumqayıta, bir neçə mahnı da bəstələyib.

Kareliyada yaxşı tanınan, orada və həmçinin, cəmi 30 min əhalisi olsa da çox müasir şəhər olan (qeyd edək ki, bu şəhərin sakinləri çox yaxın olduğundan hər gün maneəsiz olaraq Finlandiyaya gedib bazarlıq edib qayıtmaq imkanına malikdir) yaşadığı Kostomukşa şəhərində müxtəlif növ tədbirlərdə, festivallarda, konsertlərdə çıxış edən həvəskar müğənni Yaroslav Semyonovun repertuarında həmçinin Bakı haqqında, Azərbaycan bəstəkarlarının mahnıları da var.

Həvəskar müğənni, Sumqayıtda xeyli müsbət dəyişiklilərin olmasını qeyd etsə də, Rusiyaya öyrəşdiyindən Azərbaycana qayıdıb yaşamasını istəmədiyini də bildirdi.

Maraqlıdır ki, vaxtı ilə Sumqayıtda yaşayan bir neçə tanış rus, ona dediyinə görə Sumqayıtda, dahi rus şairi Puşkinin adını daşıyan küçənin adının dəyişdirilməsini, hətta şəhərdə yerləşən rus-provoslav qəbirstanlığının dağılmasını deyib.

Ancaq Yaroslav azərbaycanlılar haqda yüksək fikirdə olduğundan buna inanmadığını bildirib və bunun belə olmadığını sübut etmək üçün həm qəbirstanlığın, həm də Puşkinin adı həkk olunmuş löhvəni çəkib ki, həmin adamlara göstərsin.

O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirib. "Xüsusilə də "Gəl, ey səhər" mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam", - Yaroslav deyib. Vaxtı ilə yaşadığı, ürəyində əziz xatirələr kimi saxladığı Sumqayıtı qarış-qarış gəzib onu videolentə alan, hal-hazırda təqaüddə olan, yarıazərbaycanlı qonaq əməkdaşımıza bildirdi ki, səfərində Azərbaycanda gördüyü, keçirdiyi xoş hisslər onu yeni mahnlar yazmağa sövq edir və artıq o, bu mahnıların cizgilərini buradaca cızmağa macal tapıb.

Kareliya bölgəsində, Finlandiya ilə sərhəddəki məkanda vətənimizi, onun müsiqisini, mətbəxini, adət-ənənələrini təbliğ edən Yaroslav Semyonovun dediyinə görə, Azərbaycanı özünə ana vətən sayır. Lakin Yaroslav onu da bildirməyi unutmadı ki, indiki Sumqayıt ona nə qədər əziz olsa da, əvvəlki Sumqayıtın yerini verməz.

Onu da qeyd edək ki, o əvvəllər Sumqayıtda SK (indiki Sumqayıt Dövlət Musiqili Dram teatrı) klubunda musiqi kollektivində çıxış edib. Məhz Sumqayıta olan sevgisindəndir ki, onun “Odnoklassnik”dəki səhifəsi köhnə və təzə Sumqayıtın əks olunduğu fotolarla doludur.

O həmçinin, şəhər dəyişsə də, insanların burada əvvəlki tək qonaqpərvər, xoş təbiətli olmasını, nəqliyyat vasitələrində yenə də əvvəlki kimi cavanların, Rusiyadan fəqli olaraq yaşlılara yer verməsini xüsusi qeyd edib. Onu da bildirək ki, aldığımız məlumata görə iyunun 29-u Sumqayıtda Heydər Parkında şəhər səviyyəsində tədbir keçirilib.

10 günlüyə Azərbaycanda qonaq olan müğənniyə rəsmilər söz veriblər ki, tədbirdə Sumqayıt haqda mahnı oxumağa imkan verəcəklər. Lakin təəsüflər olsun ki, bunu çox arzulayan və bunu təmənnasız etməyi düşünən Yaroslava bunun üçün elementar şərait yaratmayıblar. Belə ki, müğənni özü bu məsələni şişirtməsə də, bundan inciməsə də biz aydınlaşdırdıq ki, o açıq havada canlı oxumağa məmnuniyyətlə razı olsa da bunun üçün fleş kartındakı musiqinin kompyuterə salınıb oxudulması üçün tələb olunan adi müvafiq komputer problemə çevrildiyindən, o öz şəhərliləri qarşısında oxumaq şərəfinə nail ola bilməyib.

Maraqlıdır ki,o yerli DTV kanalında da olub, ancaq Azərbaycanı, Sumqayıtı təbliğ edən rusa icra hakimiyyəti səviyyəsində heç bir diqqət ayrılmayıb. Halbuki Sumqayıtın rəsmiləri buna ancaq sevinməli idilər. Halbuki, yerli icra hakimiyyəti, bəzən elə də önəmli olmayan tədbirlərə böyük xərc çəkir, diqqət ayırır, şəhərə tez-tez şou-biznes nümayəndələrini oxumağa dəvət edir...

Maraqlıdır ki, 30 ildən çoxdur ki, vətənində, Sumqayıtda olmayan, oxuduğunun qarşılığında heç bir maddi maraq güdməyən, müğənniliyi daha çox hobbisi sayan Yaroslav Semyonov Azərbaycana “Odnoklassnik” sosial şəbəkəsində dostluğunda olan Sumqayıt sakini Ələkbər Zeynalovun dəvəti ilə gəlib.



Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Rusiyada yaşayan məşhur Sumqayıtlı (FOTOLAR+VİDEO)


Yeni Müsavat, 08.07.2013





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR