Cəmiyyət
2015-ci ilin birinci rübü Sumqayıt üçün uğurlu olub
Cari ilin birinci rübündə Sumqayıtda mühüm infrastruktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunub. Şəhər icra hakimiyyətinin başçısı yanında Şuranın geniş yığıncağında müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Yığıncaqda Sumqayıt Şəhər İH-nin başçısı Eldar Əzizov çıxış edib. Bildirilib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. İnsanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib. 2015-ci ilin birinci rübündə şəhər üzrə məhsul istehsalı və xidmətlər buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 158,9 milyon manata çatıb. Bu müddət ərzində şəhərin sənaye müəssisələrində məhsul istehsalı 95,5 milyon manat olub. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 7,3 milyon manatdan çox investisiya yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində 833 daimi yeni iş yeri açılıb.
Fevral ayının əvvəlindən bu günədək şəhərdə 217 min 180 nəfər profilaktik tibbi müayinədən keçirilib. Rüb ərzində geniş abadlıq-quruculuq işləri davam etdirilib. Hesabat dövründə yeni tikiş fabriki və Beton Məmulatları İstehsalı Zavodu istifadəyə verilib. Şəhərdə genişmiqyaslı yaşıllaşdırma işləri davam etdirilib. “İDEA” İB-nin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində şəhərdə 25 minə yaxın ağac və gül kolları əkilib, müxtəlif ərazilərdə qazon salınıb. Nəsimi parkı ərazisində kompleks yenidənqurma işləri başa çatıb, 9-cu mikrorayon ərazisində yerləşən “Lüdviqshafen” parkının abadlaşdırılma işlərinə başlanılıb. Heydər Əliyev prospektində, 4-cü və 3-cü mikrorayonda, Sülh küçəsində, 36-cı məhəllədə yaşayış binalarının fasadının üzlənməsi və dam örtüklərinin müasir tələblərə uyğun şəkildə yenidən qurulması işləri davam etdirilir.
Şəhər ərazisində avtobus dayanacaqlarının bir qismi təmir olunub, yeni dayanacaqlar quraşdırılıb. Təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nizam-intizam gücləndirilib, fənlərin tədris vəziyyəti müəyyənləşdirilib.
Əhaliyə göstərilən kommunal xidmətlərin təşkili, sakinlərin su, qaz, elektrik enerjisi ilə normal təminatı və digər sahələrdə görülən işlər barədə də məlumat verilib.
Çıxışlarda təhsil, səhiyyə, mədəniyyət və sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
AZƏRTAC
Bu bölmədə bənzər xəbərlər
- Sumqayıtlılar Prezidentə müraciət edib (FOTOLAR)
- Abşeronda 1 milyondan çox ağac və gül kolları əkilib (FOTOLAR)
- Qubadlı köçkünlərinin problemlərinin həlli diqqət mərkəzindədir
- Bu il Sumqayıtda beton məmulatı zavodu və tikiş fabriki istifadəyə verilib
- Sumqayıtda daha bir nümunəvi məhəllə
- Sumqayıtda daha 25 min ağac əkiləcək
- Sumqayıtda əhalinin pulsuz tibbi müayinəsi davam etdirilir
- Azərbaycanda əhalinin sayı açıqlandı
- Sumqayıtda yeni tikiş fabrikinin açılışı olub
- Sumqayıtda şüşə istehsalı zavodu tikiləcək
Çox oxunan xəbərlər
- “STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- AFFA "Sumqayıt"ı cərimələdi
- Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
- FHN vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirir
Xəbər lenti
- 19:20
Tikinti şirkətindən oğurluq edən şəxs saxlanıldı
- 19:11
Ayxan Abbasov: "Xəyal Messi deyil ki?!"
- 18:48
Altı partiyanın YAP-a qoşulması siyasi həmrəyliyin göstəricisidir
- 18:42
Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır
- 18:39
Sumqayıtda yeni McDonald’s restoranından FOTOLAR
- 18:26
Azərbaycan Ordusu xalqımıza ən şərəfli anları yaşatdı
- 18:22
Azərbaycan hərbçisinin torpaqlarımızı azad etmək yanğısı qələbəmizə səbəb oldu
- 19:16
Sumqayıt Kimya Sənaye Parkının rezidentinin nizamnamə kapitalı artırılıb
- 15:14
Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- 15:09
Martın 6-da gözlənilən hava şəraiti
- 15:03
Sumqayıtlı idman mütəxəssisləri təltif ediliblər
- 14:49
Bakı-Pirşağı-Sumqayıt qatarları işləməyəcək
- 14:44
"LEVENT SUMQAYIT BEACH CİTY"də yeni şərtlərlə mənzil satışı
- 13:00
Mübariz Mənsimov azadlığa buraxıldı
- 17:30
AFFA "Sumqayıt"ı cərimələdi
- 17:26
AQTA Sumqayıtın "Bulaq"ını cərimələdi - TAM SİYAHI
- 17:00
İşğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək
- 15:29
Qazimiz Arif Hacıyevin görmə qabiliyyəti bərpa edildi
- 15:24
"Sumqayıt" FK "Zirə" ilə heç-heçə edib
- 15:02
Bakıda təhsil işçilərinin vaksinasiyası davam edir
- 14:46
Martın 5-də gözlənilən hava şəraiti
- 09:49
Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- 09:28
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
- 21:13
“STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- 10:07
Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- 09:51
Mart ayının hava proqnozu açıqlandı
- 09:42
Güclü dövlət, güclü lider və onun tarix yazan qəhrəman gəncliyi!
- 10:11
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni emalatxana yaradılıb
- 14:18
Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- 14:13
Sumqayıtda təcili yardıma müraciət daxil olmayıb
- 14:04
Sumqayıtda Sovet dövrünün daha bir yadigarı
- 13:36
Sumqayıta 8 sm qar yağıb
- 13:41
Sumqayıtda ağacəkmə aksiyası keçirildi
- 14:31
Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- 14:17
Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin işə qəbulunu elan edir
- 14:02
Ödənişli avtomagistralın tikintisi davam etdirilir
- 13:43
Sumqayıtda şəhid ailələrinə sovqatlar çatdırılıb
- 15:50
Sumqayıtda plan artırıldı - Sürücülər işə çıxmadılar
- 15:41
Sumqayıtlı Qazi yüksək texnologiyalı protezlə təmin edilir
- 15:37
UEFA "Sumqayıt"a 75 min avro ayırdı
Arxiv
Fevral 2021 (33)
Yanvar 2021 (40)
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)