Sumqayıtda hava

Cəmiyyət

Azərbaycan dünya göstəricisini 2 dəfə qabaqlayır



Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 17,0% üstələyir.

Ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-ə bərabərdir. Cari ilin birinci rübünün nəticələrinə əsasən, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi də işlənib hazırlanıb və layihənin maliyyələşdirilməsi üçün “Amsterdam Trade Bank”dan 13,7 milyon avro kredit alınıb.

Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq bir hissəsi təchiz edilib.

Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98 000 port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

Cari rüb ərzində “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma surəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-yə çatdırılıb və 2014-cü ildə qurulmuş yeni internet platformasına bütün “Bakinternet” istifadəçilərinin qoşulması təmin edilib.

APA





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR