Maraqlı

Prezident ona meyvə atana ev verdi

Prezident ona meyvə atana ev verdi


Venesuela prezidenti Nikolas Maduro ona manqo atan qadına ev verib.

Bu barədə The Guardian yazır.

Məsələ burasındadır ki, qadın atdığı manqonun üstündə prezidentə məktub yazıb və yaşadığı pis vəziyyətdən şikayət edib. Vəziyyətlə əlaqədar prezidentin açıqlaması da maraqlı olub. O bildirib ki, qadın prezident sarayına çağrılanda qorxuya düşüb.

“Marleni Olivonun evlə bağlı problemi olub. Biz onu çağırdıq. Qadın əvvəlcə çox qorxub və eşitdiklərinə inanmayıb. Marleni Venesuelanın böyük yaşayış missiyası çərçivəsində ev verilməsinə razılıq vermişəm”- deyə Maduro bildirib.

Bundan əlavə prezident ona atılan meyvəni yeyəcəyinə də söz verib.

ANS PRESS





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR