Sumqayıtda hava

Dünya

Yəhudi diasporundan Türk dünyasına dəstək

Yəhudi diasporundan Türk dünyasına dəstək


Almaniya Dağ Yəhudiləri İcmasının rəhbəri Orxan Şafidiyayev qondarma soyqırımla bağlı fikirlərini bölüşüb:

Biz Almaniya Dağ Yəhudi İcması olaraq İsrail dövlətinin qərarını, 1915-ci ildə olan hadisələrini soyqırım kimi tanımamasını alqışlayırıq. Bundan əlavə onu deyə bilərəm ki, İsrailin prezidenti cənab Reuven Rivlin BMT-tribunasında soyqırım haqqında danışanda, Xocalı soyqırımını bir misal kimi dilə gətirməsi artıq bir böyük zərbədir erməni diasporası üçün. Biz yəhudi xalqı Azərbaycan xalqın bütün dərdlərinə həmişə şərik olmuşuq və həmişə bir birimizə dəstək vermişik. Qarabağ döyüşlərində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Albert Agarunov kimi şəhidimiz var.

Ermənilərin Xocalıda insanlıqa qarşı törətdiyi cinayəti biz unutmadıq və unutmarıqda. Əgər dünya ictimaiyyəti haqq tərəfindədisə onda Xocalı soyqırımını müzakirə eləsin. Eger ermənilərin irəli sürdüyü yalan iddiaları doğrudursa, onda necə olur ki, ermənilər 1992-ci ildə bir gecədə 613 günahsız insanları vəhşicəsinə qətlə yetiriliblər. Dağ Yəhudiləri Azərbaycan xalqını özünə həmişə qardaş bilib və bu isti münasibətlər həmişə də bələ qalacağ. Biz haqq tərəfindəyik və mübarizəmizi də terrora qarşı birlikdə aparmalıyıq. Biz çalışmalıyıq dünyaya həqiqəti çatdıraq. Gün qələr bütün cinayətkarlar törətdiyi qətillər üçün məsuliyyətini daşıyacaglar.”

Diaspora.az





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR