Sumqayıtda hava

İqtisadiyyat

Böyük Britaniya şirkəti Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq edəcək

Böyük Britaniya şirkəti Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq edəcək


Aprelin 21-də “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində Böyük Britaniyanın “Johnson Matthe” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Sumqayıt KSP ilə əməkdaşlıq imkanları müzakirə edilib, qonaqlara rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib, Sənaye Parkının gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video çarx təqdim olunub.

Sonra “Johnson Matthe” şirkəti tərəfindən təqdimat keçirilib, kimya sənayesində aparıcı texnologiyalarla təminat mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, “Johnson Matthe” şirkəti neft-kimya sənayesi, orqanik kimya, qiymətli metalların və tullantıların emalı üzrə texnologiyaların hazırlanması və təchizatını həyata keçirir. Hazırda şirkətin dünyanın 30 ölkəsində təmsilçiliyi fəaliyyət göstərir.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR