Sumqayıtda hava

Cəmiyyət

Karate-do turnirində Sumqayıt idmançıları 3-cü yeri tutub

Karate-do turnirində Sumqayıt idmançıları 3-cü yeri tutub


25-26 aprel tarixlərində Ağstafa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karate-do idman növü üzrə açıq turnir keçirilib.

Yarışda Gəncə, Sumqayıt şəhərlərindən, Ağstafa, Ağcabədi, Şəmkir, Şəki, Qazax, Salyan və Bərdə rayonlarından 9 komanda iştirak edib. Turnir fərdi kumite yarışları üzrə 25, 30, 35, 40, 45, 52, 57, 63, 68 kiloqram çəki dərəcələrində 6-15 yaşlı idmançılar arasında, kata yarışları üzrə isə 40, 45, 57, 63 kiloqram çəki dərəcəsində 6-12 və 13-15 yaşlı uşaqlar arasında keçirilib.

Turnirdə 1-ci yeri Ağstafa, 2-ci yeri Şəmkir, 3-cü yeri isə Şəki və Sumqayıt komandaları tutublar.

Qalib gələn idmançılar rayon gənclər və idman idarəsinin təsis etdiyi diplom, medal və hədiyyələrlə təltif olunublar.

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR