Manşet / Cəmiyyət

Sumqayıtlı jurnalistdən məşhur teleaparıcıya AÇIQ MƏKTUB

Sumqayıtlı jurnalistdən məşhur teleaparıcıya AÇIQ MƏKTUB


Sumqayıtlı jurnalist Aida Eyvazova Rusiyanın ORT telekanalının məşhur teleaparıcısı İradə Zeynalovaya açıq məktub ünvanlayıb. Məktubu təqdim edirik:

“Ağacı qurd içindən yeyər” - ruslar və ermənilər sapı özümüzdən olan balta ilə bizi vurdular. Rusiyanın ORT kanalında çalışan azərbaycanlı teleaparıcı olaraq sən İradə Zeynalova olmayan erməni soyqırımı haqqında yana-yana danışdın. Həftəsonu efirə çıxan “Воскресное время” verilişində qondarma erməni soyqırımı haqqında yana-yana təqdimat etdin. Ən ürəkağrıdan məqam da ondan ibarətdir ki, reportaj Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısının müşayiətilə təqdim olunurdu.

Bunu ki, yaxşı bilirsən, o mahnının musiqisi bizdən oğurlanıb. Oğruluqlara öyrəşən ermənilərin adətidir bu!!! Qondarma soqırımı haqqında təqdim etdiyin mətndəki sözlər və hadisələr mənə çox tanış idi. Diktor mətninə erməni və Ermənistan əvəzinə “azərbaycanlı”, “türk” və “Xocalı” sözlərini yerləşdirmək kifayət idi ki, Xocalıda törədilən soyqırımını əks etdirsin.

100 il bundan əvvəl, 1915-ci ildə ermənilər onlara müvəqqəti sığınacaq kimi verilən türk torpaqlarında, böyük TÜRK dövlətinin düşdüyü durumdan istifadə edərək, xəyanət yolunu seçdilər. Türkiyəyə qarşı, yaşadıqları, suyunu içib, çörəyini yedikləri fatehlər ölkəsinə qarşı görünməmiş XƏYANƏT etdilər. Türkiyəni içəridən sarsıtmaq üçün ingilislərə, ruslara casusluq etdilər. Əvəzində Böyük Ermənistan qazanmaq istəyirdilər. Və ölkəsində qanun-qaydanı bərpa etmək, torpaqlarını düşməndən qorumaq üçün Türkiyə rəhbərliyi erməni satqınlarının qabağını almaq üçün, onları dövlətin mərkəzindən kənarlara köçürtdü. Bu köçürtmədən əvvəl isə, ermənilər Türkiyənin düşdüyü durumdan istifadə edib, türkləri öz evində, öz kəndində qətlə yetirmişdilər. Ermənilərin gizli planınını bilən erməni katolikosu 1915-ci il aprelin 22-də Amerika prezidenti Vudro Vilsona teleqram vuraraq, Türkiyədə erməniləri təhlükə gözlədiyini xəbər verir. Bu teleqram da onu deməyə əsas verir ki, Böyük Ermənistan xülyalarına düşən ermənilər, bu ssenarini böyük dövlətlərin əli ilə qurmuşdular. Bunları İradə Zeynalovanın diqqətinə çatdırmaq istəyirəm!!!!

İradə Zeynalova!!!

Hər dəfə sənin operativ xəbərlərini, qaynar nöqtələrdən verdiyin süjetləri görəndə, bir jurnalist kimim peşəkarlığınla, və azərbaycanlı olmağınla fəxarətlənirdim. Onu da bilirəm ki, səni ORT-yə yerləşdirən Moskvadakı imkanlı azərbaycanlılardır! Hətta bacını da ORT, ya da ki NTV-yə onlar yerləşdirib. Hər halda, lazım olanda, onların da görüm-baxımından yararlanırsan. Bilirsən nə demək istəyirəm sənə: Azərbaycanın suyu-çörəyi gözündən gəlsin. Mənim güvəngimi puç elədin. Mənim kimi minlərin!!! Ən azı, səni ORT-də işlədən azərbaycanlılardan utanmadınmı? Onlar da hər şeyə Azərbaycandan qazandıqları ilə nail olublar!!! Kaş həmin gün xəstələnəydin, işə çıxmayaydın, bülleten açdıraydın. Və ermənilərin qondarma soyqırımını elə ürək ağrısı və şəstlə təqdim etməyəydin!!!

.... Nə bilim... Bəlkə doğrusunu sən edirsən!!! Mən AzTV-nin Qazaxıstan üzrə xüsusi müxbiri işləyərkən , daim Azərbaycan həqiqətlərini yayır, təbliğ edirdim. Hətta əqidədaşlarımla birlikdə Astanadakı Mirzoyan küçəsinin adının dəyişdirilib qazax xalqının akademikinin adına verilməsinə nail olduq. Doğrudur, mənim ermənilərlə mübarizəm, Azərbaycanın Qazaxıstandakı səfirliyində olan diplomatlarımızı qıcıqlandırdı. Sonunda iş yerimdən də cəza aldım. Heç bir səbə olmadan, ildırım surəti ilə məni işdən çıxardılar. Mübarizəm kimlərinsə xoşuna gəlmədi. Dedilər ki, başımdan böyük danışıram. Ancaq, peşiman deyiləm!!!

Səni bu gün Vətən təəssübü, Vətən qeyrəti çəkən dostlarımız, həmyerlilərimiz hamısı söyürlər. Məni görənlər isə gözlərimdən öpüb, yer göstərirlər. (Əlbətə istəməyənlərimin gözündən iraq)
Fərqimiz bundadır!!!

Nə qədər geç deyil, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı, ermənilərin bir şəhəri onun sakinləri ilə birlikdə Yer üzündən silməkləri barədə 5-cə dəqiqəlik reportaj hazırla ki, qəzəbimiz soyusun!!! Həqiqət , haqq naminə!!! HAQQ-dan dönənə HAQQ qənim olsun!!!

Modern.az





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR