Cəmiyyət

Mayın 3-də cari ilin sonuncu sınaq imtahanı keçiriləcək

Mayın 3-də cari ilin sonuncu sınaq imtahanı keçiriləcək


TQDK ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün mayın 3-də respublikanın 35 şəhər və rayonunda cari ilin sonuncu sınaq imtahanını keçirəcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Qobustan, Mingəçevir, Goranboy, Daşkəsən, Ağstafa, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Beyləqan, Şirvan, Saatlı, Lənkəran, Yardımlı, Cəlilabad, Masallı, Xaçmaz və Siyəzən şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 67 binada təşkil olunacaq.

İmtahanda iştirak üçün yazılış internet vasitəsilə aparılıb və 49 min 994 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Valideyninin və digər qohumunun şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaq.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanışlığa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə bacarıqlarını inkişaf etdirirlər.

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR