Cəmiyyət

Azərbaycanın tanınmış politoloqu vəfat edib (FOTO)

Azərbaycanın tanınmış politoloqu vəfat edib (FOTO)


Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə vəfat edib. Politoloqun səhhəti qəfildən pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Tanınmış politoloq Bakının Yasamal rayonundakı qəbiristanlıqda dəfn olunacaq.

Onu da bildirək ki, Vəfa Quluzadə ürəyindən əməliyyat olunmuşdu.

V.Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

Allah rəhmət etsin!

Azərbaycanın tanınmış politoloqu vəfat edib (FOTO)

ANS PRESS





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR