Sumqayıtda hava

Manşet / Cəmiyyət

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yubileyi Sumqayıtda qeyd edilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yubileyi Sumqayıtda qeyd edilib


Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Azərbaycan Qızıl Aypara Cəmiyyəti 95 illik, hərbi xadim general-leytenant Əlağa Şıxlinskinin anadan olmasının 150 illik, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fundamental prinsiplərinin yaranmasının 50 illik yubileylərinin yekun tədbiri keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan QAC-nin rəyasət heyətinin üzvü, Cəmiyyətin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbiri açaraq qeyd edilən yubileylər haqqında məlumat verdi, mövzunun aktuallığından və əhəmiyyətindən danışdı.

Təşkilatın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıqov Cəmiyyətin keçdiyi yoldan, fəaliyyət istiqamətlərindən söz açdılar, şəhər bölməsinin çoxşaxəli, nümunəvi fəaliyyətindən danışdılar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəsmisi Rasim Allazov hərəkatın yaranması tarixindən bəhs etdi.

Sonra Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin fəaliyyətində göstərdiyi köməyə görə bir sıra idarə-müəssisə nümayəndələrinə və fəal könüllülərə fəxri fərmanlar təqdim olundu.

Tədbir respublikanın incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yubileyi Sumqayıtda qeyd edilib

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR