Sumqayıtda hava

İqtisadiyyat

Ərəb diplomatlar Sumqayıtda olub

Ərəb diplomatlar Sumqayıtda olub


Mayın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Al Şamsi və səfirliyin iqtisadi məsələlər üzrə birinci katibi Kassar Suleyman Sumqayıt Kimya Sənaye Parkında olmuşlar.

Qonaqlar üçün Sumqayıt Kimya Sənaye Parkının təqdimatı keçirilmiş, parkın gələcək perspektivlərini əks etdirən 3D formatlı video çarx nümayiş olunmuşdur. Qeyd edilmişdir ki, parkda rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarlara daha operativ və rahat xidmətin təşkilini təmin edir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, parka istehsal məqsədilə idxal olunan avadanlıq və texnologiyalar isə əlavə dəyər vergisindən azaddır. Vurğulanmışdır ki, sənaye parkında geniş infrastruktur qurulmuş müasir sosial zonanın yaradılması istiqamətində işlər davam etdirilir. Sənaye Parkında yaradılacaq Peşə Tədris Mərkəzində tədris Almaniyanın təhsil standartlarına uyğun olaraq “ikili təhsil” sisteminə və alman kurikulumuna əsasən təşkil ediləcəkdir.

Sonra qonaqlar ərazidə aparılan tikinti işləri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azertexnolayn” MMC-nin Polad Boru Zavodu ilə tanış olmuşlar.

Ərəb diplomatlar Sumqayıtda olub





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR