Sumqayıtda hava

Cəmiyyət

Millət vəkili Mingəçevirin turizm potensialından danışdı

Millət vəkili Mingəçevirin turizm potensialından danışdı

 

Millət vəkili Aydın Mirzəzadə Gun.az saytına Mingəçevirin turizm potensialı barədə müsahibə verib.
 
Müsahibəni təqdim edirik:
 
"Mən Mingəçevirdə doğulmuşam, uzun müddət burada işləmişəm və hal-hazırda da bura ilə sıx bağlıyam. Şəhərin hər guşəsini tanıyıram və hesab edirəm ki, çox isti iyul ayından başqa (bəzən hərarət 40 dərəcədən yuxarı olur) qalan hər bir ayda Mingəçevirə istirahətə gəlmək olar.

Şəhər planlı şəkildə salınıb, düz küçələr, geniş parklar, çox zövqlü kafe, restoran və çayxanalar həmişə qonaqların xidmətindədir.

Şəhərin ortasından keçən Kür çayının Bakı bulvarından geri qalmayan gözəl bulvarı var. Həmçinin çayda gəzinti üçün qayıqlar da sizin ixtiyarınızdadır. Mütləq Kür çayında səhər tezdən balıq tutmağa gedin.

Balığı həm xamırla, həm soğulcanla tutmaq olur. İstəməsəniz sadəcə olaraq balıqçılara baxmaq özü bir istirahətdir. May ayından oktyabra qədər Mingəçevir su anbarındakı (biz ona dəniz deyirik) çimərlikdə yayın ləzzətini çıxın. Əsas çimərlikdən başqa oradan dəniz sahili boyu 12 buxtaların birində də üzmək olar.

Mingəçevirdə olub onun Dövlət Dram Teatrına getməmək böyük günahdır.

Günaha batmayın, teatra gedin, şəhərin çox güclü teatr truppası var.

Və sonda.

Şəhərin ən böyük sərvəti onun sakinləridir. Mingəçevirlilər öz danışıqlarına zəngin azərbaycan dilinin bütün ləhcələrini yığıblar. Çox şirin bir danışıq tərzi alınıb. Həm də mehribandırlar, çox qonaqpərvərdirlər, söhbətcildirlər.

İstəsəniz şəhərin deputatının fəaliyyəti ilə də maraqlana bilərsiniz”.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR