Sumqayıtda hava

Elan

Vergilər naziri Xırdalanda vətəndaşları qəbul edəcək

Vergilər naziri Xırdalanda vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 19-da vergilər naziri Fazil Məmmədov Xırdalan şəhərində (ünvan: Abşeron rayon Mədəniyyət Mərkəzi, H.Əliyev pr. 247) Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs – Məmmədova Zülfiyyə Əvəz qızı, əlaqə telefonu: (018) 642-44-10, (012) 497-62-91 mobil (050) 3787438), Sumqayıt şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (018) 642-29-00, mobil (055) 520-11-54), Siyəzən rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Şükürov Adil Əhliman oğlu, əlaqə telefonu: (023) 304-30-34, mobil (055) 607-30-08) və Xırdalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012) 342-17-22, mobil (050) 320-73-58) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR