Hadisə

Abşeron polisi mağazalardan oğurluq edənləri tutdu

"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Nəsib Rüstəmova məxsus mağazadan 1500 manat oğurlamış Siyəzən rayon sakini Mirzəağa Əliyev və Salyan rayon sakini Kənan Həsənov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 20-də Dilarə Suleymaovaya məxsus mağazadan danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları, habelə oktyabr ayının 15-nə keçən gecə Masazır qəsəbə sakini Pərviz Seyidova məxsus mağazadan 1000 manat və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.

(mia.gov.az)





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR